Bakıda məktəbdən büst oğurlandı

Bakıda məktəbdə oğurluq hadisəsi baş verib.

"Report"un xəbərinə görə, hadisə Xəzər rayonunun Buzovna qəsəbəsi ərazisində yerləşən 206 nömrəli tam orta məktəbdə qeydə alınıb.

Belə ki, məktəbin qarşısında tanınmış şəxslərə ucaldılan büstlərdən biri - Nadir Axundovun büstü naməlum şəxs tərəfindən oğurluq yolu ilə ələ keçirilib.

Hadisə ilə bağlı hüquq-mühafizə orqanlarının əməkdaşlarına müraciət edilib.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, büstün qiyməti təxminən 5 000 manatdır.