"Xaş-xaş 2021" əməliyyatı - Zaqatala sakini saxlanıldı - FOTO

Zaqatala rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən "Xaş-xaş 2021" şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində kultivasiya yolu ilə yetişdirilmiş çətənə kolları aşkar edilərək götürülüb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, polis əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Muğanlı kənd sakini İbrahim Rəsulov saxlanılıb. Ona məxsus fərdi yaşayış evinin həyətyanı sahəsindən xüsusi aqrotexniki qaydada qulluq edilmiş 17 ədəd narkotik xassəli çətənə bitkisi aşkarlanaraq maddi sübut kimi götürülüb.

Götürülmüş maddi sübutlar müvafiq ekspertizaya təqdim olunub. Saxlanılan şəxs ifadəsində narkotik vasitəni may ayında öz şəxsi istifadəsi üçün becərdiyini bildirib.

Faktla bağlı RPŞ-nin İstintaq Bölməsində cinayət işi başlanılıb, istintaq aparılır.