Hikmət Hacıyev: "Sosial media saxta xəbərləri böyüdür"

"Sosial media saxta xəbərləri böyüdür. Süni intellekt bu problemi daha da artırır”.

Qaynarinfo xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi − Azərbaycan Respublikası Prezident Administrasiyası Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bu gün Antalya Diplomatiya Forumu çərçivəsində keçirilən Virtual Dünyada Məlumat Çirkliliyi və Saxta Xəbərlər” adlı panel sessiyasında deyib.