Bakıda məhkəmədən qaçan məhbus bu imiş! (FOTO)

Xəbər verdiyimiz kimi, iyulun 20-də Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitəsinin daşınmasına görə saxlanılan 1976-cı il təvəllüdlü Tərlan Həsənov iyulun 21-də Suraxanı Rayon Məhkəməsindən qaçıb. 

Qaynarinfo xəbər verir ki, Suraxanı Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat zamanı narkotik vasitələrin satışı ilə məşğul olan əvvəllər dəfələrlə məhkum edilmiş Tərlan Həsənov saxlanılıb.  Onun üzərindən külli miqdarda heroin aşkar edilərək götürülüb. Tərlan Həsənov izahatında narkotiklərin satışı ilə məşğul olduğunu etiraf edib.

O məhkəmədən qaçıb.
 
Əhməd