Ötən yay Avropada son 30 il ərzində ən isti fəsli olub

Ötən yay Avropada son 30 il ərzində ən isti fəsil olub.

 Trend-ə istinadən xəbər verir ki, bu barədə "Copernicus" peyk monitorinq mərkəzinin hesabatında deyilir.

Hesabartda qeyd olunur ki, bu ilin iyun-avqust aylarında Avropada havanın orta temperaturu 1991-2020-ci illərin yay ayları ilə müqayisədə bir dərəcə yüksək olub.

Avqustun 11-də İtaliyanın Siciliya adasında temperatur 48,8 dərəcəyə çatıb ki, bu da Avropada müşahidələrin aparıldığı müddətdən bəri ən yüksək göstərici olub.