Azərbaycanda sevdiyi qızın ailəsinin “yox” dediyi gənc qollarını doğradı

Sumqayıtda 23 yaşlı oğlan özünə ülgüclə xəsarət yetirib.

Oxu.az-a istinadən bildirir ki, E.Aslanzadə adlı gəncin bu addımına səbəb sevdiyi qızın ailəsinin onun elçilərinə "yox" deməsi olub.

Qolundan ağır xəsarət alan E.Aslanzadə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.