Qəbul imtahanlarında hansı yeniliklər olacaq? - Məleykə Abbaszadə açıqladı - VİDEO

Növbəti tədris ili üzrə magistraturaya qəbul imtahanlarının vaxtı məlum olub. Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadənin sözlərinə görə, bu il imtahanlara sənəd qəbulunun yanvar ayından başlanması nəzərdə tutulur. Qurumun rəhbəri həmçinin builki qəbul imtahanlarında olacaq yeniliklərdən də bəhs edib

Növbəti il üçün buraxılış və qəbul imtahanlarının tarixlərini özündə ehtiva edən cədvəl artıq hazırdır. Bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, cədvəl Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edildikdən sonra ictimaiyyətə təqdim olunacaq. Gələn il üçün magistratura səviyyəsinə sənəd qəbuluna isə yanvar ayından başlanması nəzərdə tutulur...

Məleykə Abbaszadə həmçinin bu il qəbul imtahanları zamanı coğrafiya və tarix fənnləri üzrə ediləcək yeniliklərə də aydınlıq gətirib.

Qeyd edək ki, həmçinin bu il qəbul zamanı ixtisas seçimində "Beynəlxalq münasibətlər" və "Regionşünaslıq" ixtisaslarını seçən şəxslər coğrafiya fənnindən ayrıca imtahan verəcəklər.

Video